Bakı. 9 oktyabr. REPORT.AZ/ Mədəniyyət naziri Əbülfəs Qarayev Mingəçevirdə vətəndaşları qəbul edəcək.
Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, oktyabrın 17-də 11:00-da Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində ( Mingəçevir şəhəri, 20 yanvar küçəsi 172 ) keçiriləcək qəbulda Mingəçevir, Yevlax şəhərlərinin, Bərdə, Tərtər, Ağcabədi, Ağdam və Laçın rayonlarının sakinləri iştirak edə bilərlər.
Vətəndaşların nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazılmaları mümkündür.
Bundan başqa, vətəndaşlar adıçəkilən şəhər və rayonların mədəniyyət şöbələri ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.