Əbülfəs Qarayev İƏT-in baş katibi ilə görüşüb

Əbülfəs Qarayev İƏT-in baş katibi ilə görüşüb Nazir: “İslam Həmrəylik Oyunlarının hazırlığın bilavasitə ölkə rəhbərliyinin diqqətindədir”
Mədəniyyət siyasəti
13 Sentyabr , 2016 16:32
Əbülfəs Qarayev İƏT-in baş katibi ilə görüşüb

Bakı. 13 sentyabr. REPORT.AZ/ Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni ilə görüşüb.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinədn "Report"a verilən məlumata görə, görüşdə İƏT ilə Azərbaycan arasında əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb və gələcək perspektivlər müzakirə edilib.

İyad bin Amin Mədəni Azərbaycanda yenidən səfərdə olmasından məmnunluğunu ifadə edərək səfərinin əsas məqsədinin İslam Həmrəylik Oyunlarının hazırlığı ilə tanış olmaq və Azərbaycanla əməkdaşlıq imkanlarının yenidən müzakirə etmək olduğunu qeyd edib. Nazir Ə.Qarayev İslam Həmrəylik Oyunlarının hazırlığının bilavasitə ölkə rəhbərliyinin diqqətində olduğunu və bütün aiddiyyəti təşkilatların bu işdə lazımı dəstək göstərdiyini bildirərək, nazirliyin də həmrəylik oyunları dövründə maraqlı mədəni tədbirlərin təşkil ediləcəyini diqqətə çatdırıb.

Nazir görüşdə cari ilin aprel ayında keçirilmiş BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Formunun nəticələri və 2017-ci ilin aprelində keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə qonağa məlumat verib.

Görüşdə həmçinin İƏT institutları ilə əməkdaşlıq və "Naxçıvan İslam Mədəniyyəti paytaxtı-2018" hazırlığı ilə bağlı da fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi