Daha 5 Regional Mədəniyyət və Turizm İdarələrinə rəis təyinatı olub - SİYAHI

Daha 5 Regional Mədəniyyət və Turizm İdarələrinə rəis təyinatı olub - SİYAHI Əbülfəs Qarayev əmr imzalayıb
Mədəniyyət siyasəti
26 Yanvar , 2017 11:14
Daha 5 Regional Mədəniyyət və Turizm İdarələrinə rəis təyinatı olub - SİYAHI

Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycanda daha 5 Regional Mədəniyyət və Turizm İdarəsinə rəis təyinatı həyata keçirilib.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrlərinə əsasən Quliyev Ramiz Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin, Ramiz Məmmədov Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsinin, Sənan Hacıyev Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin, İlyas Hacıyev Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin, Rza Quliyev Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsinə təyin olunublar.

Son xəbərlər

Orphus sistemi