Bişkekdə MDB-yə üzv ölkələrin ziyalılarının və elm xadimlərinin XI forumu keçirilib

Bişkekdə MDB-yə üzv ölkələrin ziyalılarının və elm xadimlərinin XI forumu keçirilib Forumda Azərbaycanı deputatlar, elm, mədəniyyət və incəsənət xadimlərindən ibarət nümayəndə heyəti təmsil edib
Mədəniyyət siyasəti
29 Oktyabr , 2016 12:46
Bişkekdə MDB-yə üzv ölkələrin ziyalılarının və elm xadimlərinin XI forumu keçirilib

Bakı. 29 oktyabr. REPORT.AZ/ Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində MDB-yə üzv ölkələrin yaradıcı ziyalılarının və elm xadimlərinin XI forumu keçirilib.

"Report"un xəbərinə görə, forumda Azərbaycanı deputatlar, elm, mədəniyyət və incəsənət xadimlərindən ibarət nümayəndə heyəti təmsil edib.

Qırğız Respublikasının “Ala-Arça” dövlət iqamətgahında MDB-yə üzv ölkələrin yaradıcı ziyalılarının və elm xadimlərinin XI Forumunun rəsmi açılışı olub.

Qırğız Respublikası baş nazirinin müavini Qulmira Kudayberdiyeva və Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy açılış nitqləri ilə çıxış ediblər.

M.Şvıdkoy bildirib ki, sentyabrın 16-da Bişkek şəhərində keçirilən MDB dövlət başçılarının sammitində Gəncə şəhərinin 2017-ci ildə MDB-nin Mədəniyyət paytaxtı olması ilə bağlı qərar qəbul olunub.

Sonra Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Zeynalov Gəncədə yaradılan müasir infrastruktur, milli adət-ənənələrin qorunub saxlanması, eləcə də şəhərdə keçirilən beynəlxalq tədbirlər haqqında geniş məlumat verib.

M. Zeynalov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın diqqəti və qayğısının nəticəsi olaraq Gəncə bu gün Avropanın ən sivil şəhərləri ilə müqayisə olunacaq səviyyədədir.

Daha sonra Gəncənin tarixi, mədəniyyəti, inkişafı və şəhərdə keçirilən beynəlxalq tədbirlərdən bəhs edən film forum iştirakçılarının diqqətinə təqdim olunub.

Sonda Gəncə Dövlət Filarmoniyasının muğam ifaçıları konsert proqramı ilə çıxış ediblər.  

Son xəbərlər

Orphus sistemi