Bakı. 9 iyul.
Mədəniyyət Nazirliyindən "Report"a verilən məlumata görə, musiqi təhsili üzrə dünyanın müxtəlif ölkələrindən 500-dən çox mütəxəssisin iştirak edəcəyi konfrans Heydər Əliyev Sarayında, “Hilton Baku” mehmanxanasında, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında və Azərbaycan Milli Konservatoriyasında təşkil ediləcək.
İyulun 16-ı saat 18:00, Heydər Əliyev Sarayında Konfransın açılış mərasimi baş tutacaq.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Opera zalı"nda iyulun 17-də saat 12:00-da Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinovun çıxış edəcək. Eyni gündə Azərbaycan Milli Konservatoriyasının "Konsert zalı"nda saat 13:30-da konfrans çərçivəsində “Turkic Session” adlı xüsusi tədbir keçiriləcək.
Ümumdünya konfransının bağlanış mərasimi iyulun 20-də saat 16:00-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Opera zalı"nda olacaq.