Yuxarı

Bakıda Xolokost Qurbanlarının Beynəlxalq Anım Günü ilə bağlı tədbirlər keçirilir

Bakıda Xolokost Qurbanlarının Beynəlxalq Anım Günü ilə bağlı tədbirlər keçirilir
“Kəpənək layihəsi: Holokost uşaqlarını xatırlayın! sərgisinin nümayişi olacaq

Bakı. 22 yanvar. REPORT.AZ/ Bakıda Xolokost Qurbanlarının Beynəlxalq Anım Günü ilə bağlı Xolokost həftəliyi keçirilir.

İsrailin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, yanvarın 18-dən başlayan “Xolokostun anımı və öyrənilməsi: birgə məsuliyyətimiz” (“Holocaust remembrance and education: our shared responsibility”) şüarı altında bir sıra məlumatlandırıcı tədbirlər keçirilib. 

BMT-nin Azərbaycandakı nümayəndəliyi və İsrailin Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirlərin əsas məqsədi Xolokostun miqyasını vurğulamaq və gələcək nəsillərin irqçilik, şiddət və antisemitizmin bütün növlərini qəti şəkildə rədd etmələri üçün faciə barədə məlumat yaymaqdır.

Bildirilib ki, yanvarın 23-də ADA Universitetində “Vəzifədən kənar: Millətlər arasında ədalətli sayılan diplomatlar” (“Beyond Duty: Diplomats Recognized as Righteous Among the Nations”) adında sərginin açılışı keçiriləcək. 29 posterdən ibarət sərgi Avropada yəhudilərin həyatlarını xilas edən dünyanın müxtəlif ölkələrindən olan 10 diplomatdan bəhs edir. Yanvarın 25-də isə ADA Universitetinin Məclis zalında sərginin qaldırdığı “siyasət və ya mənəviyyat” sualını Bakıda akkreditə olunmuş diplomatlar müzakirə edəcəklər. Panel müzakirələrdə ADA Universitetinin prorektoru Fariz İsmayilzadə, BMT-nin İctimai informasiya departamentinin Azərbaycan təmsilçisi Rəşad Hüseynov, İsrailin Azərbaycandaki missiyası rəhbərinin müavini Avital Rosenberq, Almaniyanın Azərbaycandaki səfiri Mixael Kindsqrab, Yaponiyanın Azərbaycandaki səfiri Teruyuki Katori, İtaliyanın Azərbaycandaki səfiri Auqusto Massari, Polşanın Azərbaycandaki səfiri Marek Tsalka iştirak edəcəklər. 

Yanvarın 24 və 26-da keçiriləcək tədbirlərin siyahısına həmçinin “Xolokost uşaqları” ("Children of the Holocaust") adında sənədli filmin nümayişi də daxildir. Animasiya və müsahibələrdən ibarət film Holokost qurbanlarının uşaqlıq xatirələrini canlandırır və onların faşist rejimindən, işğal olunmuş Avropadan İngiltərəyə qaçmalarından, İngiltərədə yaşayışa necə uyğunlaşmalarından bəhs edir.

Eyni zamanda tədbirlər zamanı Hyuston Holokost Muzeyinin hazırladığı “Kəpənək layihəsi: Holokost uşaqlarını xatırlayın!" ("The Butterfly Project: Remember the Children of the Holocaust") adlı sərgi nümayiş etdiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi