Bakıda "Ustadlara Sayğı Gecəsi" adlı konsert proqramı təqdim olunacaq

Bakıda "Ustadlara Sayğı Gecəsi" adlı konsert proqramı təqdim olunacaq Konsertdə türkiyəli solist Armağan Elçi və azərbaycanlı solist Elnarə Abdullayeva çıxış edəcəklər
Mədəniyyət siyasəti
30 Noyabr , 2016 20:43
Bakıda Ustadlara Sayğı Gecəsi adlı konsert proqramı təqdim olunacaq

Bakı. 30 noyabr. REPORT.AZ/ Bakı Yunus Emre İnstitutu, Azərbaycan Aşıqlar Birliyi və Türk Mədəniyyəti və İrsi Fondunun birgə əməkdaşlığı ilə Bakıda "Ustadlara Sayğı Gecəsi" adlı konsert proqramı təqdim olunacaq.

Türkiyənin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, konsert dekabrın 1-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

Konsertdə türkiyəli solist Armağan Elçi və azərbaycanlı solist Elnarə Abdullayevanın ifalarında Türkiyə və Azərbaycanın dahi sənətkarların mahnıları oxunacaq.

Son xəbərlər

Orphus sistemi