Yuxarı
    Bağlamaq

    Bakıda "Ustadlara Sayğı Gecəsi" adlı konsert proqramı təqdim olunacaq

    Konsertdə türkiyəli solist Armağan Elçi və azərbaycanlı solist Elnarə Abdullayeva çıxış edəcəklər

    Bakı. 30 noyabr. REPORT.AZ/ Bakı Yunus Emre İnstitutu, Azərbaycan Aşıqlar Birliyi və Türk Mədəniyyəti və İrsi Fondunun birgə əməkdaşlığı ilə Bakıda "Ustadlara Sayğı Gecəsi" adlı konsert proqramı təqdim olunacaq.

    Türkiyənin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, konsert dekabrın 1-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

    Konsertdə türkiyəli solist Armağan Elçi və azərbaycanlı solist Elnarə Abdullayevanın ifalarında Türkiyə və Azərbaycanın dahi sənətkarların mahnıları oxunacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi