Yuxarı

Bakıda Qazaxıstanın mədəni irsinə həsr olunmuş "Qızıl adam" sərgisi keçiriləcək - FOTO

Bakıda Qazaxıstanın mədəni irsinə həsr olunmuş "Qızıl adam" sərgisi keçiriləcək - FOTO

Bakı. 14 may. REPORT.AZ/ Milli Azərbaycan Tarix Muzeyində bu il mayın 22-də Qazaxıstanın Milli Muzeyi ilə birgə qazax xalqının tarixinə həsr olunmuş "Böyük çöl irsi: zərgərlik sənətinin şah əsərləri" sərgisinin açılışı olacaq.

"Report" "TengriNews"a istinadən xəbər verir ki, "Qızıl adamın dünya muzeyləri üzrə yürüşü" beynəlxalq sərgi layihəsi çərçivəsində keçirilən sərginin məqsədi azərbaycanlıları Avrasiyanın Böyük çöl qurşağının erkən dəmir dövründəki mədəni irsi ilə tanış etməkdir.

Sərginin əsas eksponatı 1969-cu ildə İssık kurqanında aşkar edilən "Qızıl adam"dır. Arxeoloqların aşkar etdiyi tapıntı Sak tayfalarından olan çarın dəri üzərində qızıldan olan geyimindən ibarət olub. Bu gün "Qızıl adam" bütün dünyada tanınır və Qazaxıstanın rəmzi sayılır.

Qeyd edək ki, Bakıda "Böyük çöl irsi: zərgərlik sənətinin şah əsərləri" sərgisi iyulun 1-dək davam edəcək. Sərgi həmçinin Yaponiya, Cənubi Koreya, Çin, Avstriya, Fransa, Rusiya və ABŞ-da keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi