Yuxarı

Bakıda Meksikanın musiqi sənəti təqdim olunacaq

Bakıda Meksikanın musiqi sənəti təqdim olunacaq
Konsert proqramı XIX və XX əsr Meksika bəstəkarlarının əsərlərindən ibarət olacaq

Bakı. 17 may. REPORT.AZ/ Mayın 21-23-də Azərbaycanda məşhur pianoçu Argentina Duranın ifasında Meksikanın musiqi sənəti təqdim olunacaq.

"Report" xəbər verir ki, bu barədə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli ilə görüşündə bildirib.

Qeyd olunub ki, konsert proqramı XIX və XX əsr Meksika bəstəkarlarının əsərlərindən ibarət olacaq və bunun sayəsində Azərbaycan ictimaiyyəti Meksikanın musiqi sənəti haqqında daha çox məlumat ala və öyrənə biləcək.

Bundan başqa, bir neçə konsertdən əlavə, Azərbaycan Musiqi Akademiyasının və Rəşid Behbudov adına Dövlət Musiqili Teatrının konsert zallarında A.Duranın iştirakı ilə master-klasslar keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi