Yuxarı
    Bağlamaq

    Bakıda meksikalı caz sənətkarı Eduardo Bortolottinin konserti keçirilib

    Dinlə
    © Cultura - Instituto Cervantes

    Bakı. 11 oktyabr. REPORT.AZ/ Bakıda meksikalı caz sənətkarı Eduardo Bortolottinin konserti keçirilib.

    “Report” xəbər verir ki, Meksikanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan konsert ifaçının Bakıda ilk çıxışıdır.

    Ənənəvi Meksika musiqisinin ifa olunduğu konsert bu ölkənin mədəniyyətini Azərbaycanda təbliğ etmək, ikitərəfli mədəni əlaqələri inkişaf etdirmək məqsədi daşıyır.

    Bəstəkar və viola ifaçısı Eduardo Bortolotti Meksikanın Puebla şəhərində anadan olub. Peşəkar təhsilini Puebla Muxtar Universitetində alandan sonra caz musiqisi sahəsində ixtisalı təhsil almaq üçün 2012-ci ildə Polşaya köçüb. Çexiya, Polşa, Türkiyə və Kiprdə keçirilən müxtəlif konsert və müsabiqələrdə çıxış edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi