Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - YENİLƏNİB

Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - YENİLƏNİB Forum 40-dək sessiya və tədbir keçirilib
Mədəniyyət siyasəti
6 May , 2017 17:32
Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - YENİLƏNİB

Bakı. 6 may. REPORT.AZ/ Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib.

“Report”un xəbərinə görə, mərasimdə 4-cü Ümümdünya Forumunun Təşkilat Komitəsinin katibi, Azərbaycan Mədəniyyət və Tuzim Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, YUNESKO, BMT Sivilizasiyalar Alyansının, Ümümdünya Ticarət Təşkilatının, Avropa Şurası, İSESKO-nun yüksək səviyyəli rəsmiləri çıxış ediblər.

BMT-nin Siviliziyasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser forumda təşkilatçılığına görə Azərbaycan hökumətinə, Prezident İlham Əliyevə təşəkkürünü bildirib: “Forum çərçivəsində mühüm iclas oldu. Biz daha sıx işləməliyik. Bu, məqsədlərimizə nail olmaq üçün vacibdir. Biz ərzaq təhlükəsizliyi ilə bağlı Azərbaycan hökuməti ilə əməkdaşlıq edirik. Gələn il Azərbaycanla BMT-nin Sivilizasiyalar Alyansı “Bakı prosesi”nin10 illiyini qeyd edəcəyik”.

İSESKO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tüveyçri çıxışında deyib ki, forum çox səmərəli olub. Onun sözlərinə görə, bu cür tədbirlər bundan sonra da davam etdirilməlidir. Bəşər dəyərlər əsas tutaraq nifrət aşılanmamalıdı. İSESKO olaraq biz etibarlı tərəfdaşıq”.

Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai bildirib ki, bu forum düzgün məkanda və zamanında keçirilib: “Tədbir yüksək səviyyədə keçirilib. Biz bu forumda prinsipləri müəyyən etdik. Biz mədəniyyətlərarası dialoqdan danışarkən kiməsə dərs vermək fikrimiz yoxdur. Biz çalışırıq ki, insanlar sülh şəraitində yaşasınlar. Biz tədbirdən sonra da çalışmalıyıq. Biz əlimizdən gələni etməliyik ki, dünyada hər kəs yaxşı yaşasın. Azərbaycan zəngin ölkədir. Dünyada elə xalqlar var ki, biz istərdik ki, onlar da sizin kimi olsun”.

*** saat 17:16

Bakı. 6 may. REPORT.AZ/ Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilir.

“Report”un xəbərinə görə, mərasimdə 4-cü Ümümdünya Forumunun Təşkilat Komitəsinin katibi, Azərbaycan Mədəniyyət və Tuzim Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, YUNESKO, BMT Sivilizasiyalar Alyansının, Ümümdünya Ticarət Təşkilatının, Avropa Şurası, İSESKO-nun yüksək səviyyəli rəsmiləri çıxış ediblər.

Onlar forumun əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, forum çərçivəsində beynəlxalq təşkilatların rəhbərlərinin ilk dəfə birgə yüksək səviyyəli görüşü, 40-dək sessiya və tədbir keçirilib. Forumda 800-dən çox xarici nümayəndə iştirak edib. Buraya yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri, parlament sədrləri, tanınmış alimlər, səfirlər, ictimai xadimlər daxildir. Artıq qlobal mədəniyyətlərarası dialoq platformasına çevrilən Forumda ilk dəfədir ki, 25-dən çox beynəlxalq təşkilat rəhbər səviyyəsində təmsil olunub. Tədbir çərçivəsində həm Azərbaycan tərəfinin, həm də tərəfdaş qurumların təklifləri ilə bir sıra yeni beynəlxalq təşəbbüslərin əsasının qoyulması nəzərdə tutulur. Azərbaycan tərəfinin təklifi ilə Forum çərçivəsində ilk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı, Dünya Forumu Nazirlər Görüşü keçirilib.

Qeyd edək ki, foruma 120-dən çox ölkənin nümayəndə heyəti qatılıb.

Son xəbərlər

Orphus sistemi