Yuxarı

Bakıda IMAGINE Avropa Tolerantlıq Festivalı keçiriləcək

Bakıda IMAGINE Avropa Tolerantlıq Festivalı keçiriləcək
Tədbir çərçivəsində bir sıra tanınmış rejissorlar, musiqiçilər və digər sənətkarların iştirakı gözlənilir

Bakı. 31 avqust. REPORT.AZ/ Bu il oktyabrın 12-20-də Bakıda IMAGINE Avropa Tolerantlıq Festivalı keçiriləcək.

"Report"un məlumatına görə, IMAGINE Avropa Tolerantlıq Festivalı Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, quruma üzv dövlətlərin Azərbaycanda akkreditə olunmuş səfirlikləri, "Park Cinema", "Landmark Hotel", "DocuBaku", "United Cultures", Baku Media Centre, YARAT ilə birgə əməkdaşlıq çərçivəsində və "Turkish Airlines"ın dəstəyi ilə təşkil olunur.

Festival çərçivəsində bir sıra tədbirlər - musiqilər səsləndiriləcək, müzakirələr və debatlar, film nümayişləri, foto və video müsabiqələri, sərgilər və s. keçiriləcək. 

Tədbir çərçivəsində bir sıra tanınmış rejissorlar, musiqiçilər və digər sənətkarların iştirakı gözlənilir.

IMAGINE Avropa Tolerantlıq Festivalının əsas məqsədi mədəniyyətlərarası dialoq və tolerantlıq kimi dəyərləri müxtəlif incəsənət nümunələrində əks etdirməkdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi