Yuxarı

Bakıda "İtalyan dili həftəsi" keçiriləcək

Bakıda "İtalyan dili həftəsi" keçiriləcək
Tədbir çərçivəsində konsertlər, master-klasslar və filmlərin nümayişi təşkil olunacaq
© Report

Bakı. 29 sentyabr. REPORT.AZ/ Bakıda italyan dili qlobal aksiyası çərçivəsində "İtalyan dili həftəsi" təşkil olunacaq.

İtaliyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbir oktyabrın 16-dan 23-dək keçiriləcək.

Tədbirlərdə konsertlər, master-klasslar və filmlərin nümayişi olacaq.

Tədbirin xüsusi qonağı italiya ssenarist Françesko Brunidir.

Qeyd edək ki, "İtalyan dili həftəsi" 2001-ci ildən bəri hər il İtaliya Xarici İşlər Nazirliyinin dəstəyi ilə təşkil olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi