Yuxarı

Bakıda ənənəvi yapon musiqisi konserti keçiriləcək

Bakıda ənənəvi yapon musiqisi konserti keçiriləcək
Şamisen, yapon bambuk fleytası - şinobue və şakuhaçidə əsərlər səsləndiriləcək

Bakı. 30 oktyabr. REPORT.AZ/ Bu il noyabrın 2-də Azərbaycan Milli Konservatoriyasında ənənəvi yapon musiqisi konserti keçiriləcək.

"Report"un verdiyi xəbərə görə, Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçirilən konsertdə Şamisen (simli musiqi aləti), yapon bambuk fleytası (şinobue və şakuhaçi) və zərb alətlərində ifalar səslənəcək, Yaponiyanın professional ifaçıları çıxış edəcəklər. 

Eyni zamanda konsertdə yapon musiqisi ilə Azərbaycan musiqisinin sintez ifası da gözlənilir.

Qeyd edək ki, konsertə giriş sərbəstdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi