Bakıda ənənəvi yapon musiqisi konserti keçiriləcək

Bakıda ənənəvi yapon musiqisi konserti keçiriləcək Şamisen, yapon bambuk fleytası - şinobue və şakuhaçidə əsərlər səsləndiriləcək
Mədəniyyət siyasəti
30 Oktyabr , 2017 18:38
Bakıda ənənəvi yapon musiqisi konserti keçiriləcək

Bakı. 30 oktyabr. REPORT.AZ/ Bu il noyabrın 2-də Azərbaycan Milli Konservatoriyasında ənənəvi yapon musiqisi konserti keçiriləcək.

"Report"un verdiyi xəbərə görə, Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçirilən konsertdə Şamisen (simli musiqi aləti), yapon bambuk fleytası (şinobue və şakuhaçi) və zərb alətlərində ifalar səslənəcək, Yaponiyanın professional ifaçıları çıxış edəcəklər. 

Eyni zamanda konsertdə yapon musiqisi ilə Azərbaycan musiqisinin sintez ifası da gözlənilir.

Qeyd edək ki, konsertə giriş sərbəstdir.

Son xəbərlər

Orphus sistemi