Yuxarı

Bakıda Ağa Musa Nağıyevin heykəli ucaldılacaq - EKSKLÜZİV

Bakıda Ağa Musa Nağıyevin heykəli ucaldılacaq - EKSKLÜZİV

Bakıda azərbaycanlı milyonçu, neft hasilatçısı və xeyriyyəçi Ağa Musa Nağıyevin heykəlinin ucaldılması məsələsi nəzərdən keçirilir.

Bunu “Report”un Gürcüstan bürosuna açıqlamasında Ağa Musa Nağıyev adına “Milli Dəyələrin Qorunması” İctimai Birliyinin sədri, milyonçunun fəaliyyətinin tədqiqatçısı, nəvəsi, tarix üzrə elmlər doktoru Dilarə Ağamusa Nağıyeva bildirib.

Onun sözlərinə görə, heykəlin Səhiyyə Nazirliyinin həyətində ucaldılması təklif olunub: “Səhiyyə Nazirliyinin hazırkı binasını vaxtilə Ağa Musa Nağıyev xəstəxana kimi tikdirib və səhiyyə ocağı 2010-cu ilə qədər onun adını daşıyıb. Ağa Musa Nağıyevə Bakıda heykəlin ucaldılması arzumdur. Babamın xatirəsinin əbədiləşdirilməsi ilə bağlı tədbirlər həyata keçiriləcək və bu barədə rəsmi səviyyədə mənə söz verilib. Səhiyyə Nazirliyi bu məsələ ilə bağlı Nazirlər Kabinetinə artıq müraciət ünvanlayıb”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi