Azərbaycanlı rejissorun "Nar bağı" filmi beynəlxalq festivalda 2-ci yerə çıxıb - VİDEO

Azərbaycanlı rejissorun "Nar bağı" filmi beynəlxalq festivalda 2-ci yerə çıxıb - VİDEO Hazırda festival çərçivəsində filmin nümayişi davam edir
Mədəniyyət siyasəti
16 Sentyabr , 2017 10:40
Azərbaycanlı rejissorun Nar bağı filmi beynəlxalq festivalda 2-ci yerə çıxıb - VİDEO

Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycanlı rejissor İlqar Nəcəfin lentə aldığı "Nar bağı" ("Pomegranate Orchard") filmi beynəlxalq festivalda nümayiş olunub.

“Report” xəbər verir ki, Niderland Krallığının Vlissingen şəhərində keçirilən "Film by the Sea" film festivalına göstərilən ekran işi tamaşaçıların böyük marağına səbəb olub və festivalda ikinci yer tutub.

Hazırda festival çərçivəsində filmin nümayişi davam edir. Niderlandda yaşayan azərbaycanlılar ekran işini izləyə bilərlər.

Qeyd edək ki, "Nar bağı" filmi 2018-ci ilin fevral ayında keçiriləcək Oskar seçmələri üçün Azərbaycandan seçilən yeganə filmdir.

Son xəbərlər

Orphus sistemi