Azərbaycanın mədəniyyət və turizm naziri Portuqaliyada səfərdədir

Azərbaycanın mədəniyyət və turizm naziri Portuqaliyada səfərdədir Bakı. 19 yanvar. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Portuqaliyada səfərdədir. 
Mədəniyyət siyasəti
19 Yanvar , 2018 20:21
Azərbaycanın mədəniyyət və turizm naziri Portuqaliyada səfərdədir

Bakı. 19 yanvar. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Portuqaliyada səfərdədir. 

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Nazir yanvarın 19-da Portuqaliyanın mədəniyyət naziri Luis Filip de Kastro Mendes ilə görüşüb. Görüş zamanı ölkələr arasında mədəniyyət sahəsində ikitərəfli əlaqələr müzakirə olunub, birgə layihələrin həyata keçirilməsi üzrə iş aparılmasından söz açılıb. Ə.Qarayev Bakı Prosesinin 10 illiyi ilə bağlı keçiriləcək tədbirlər haqqında, eləcə də Humanitar Forum barədə məlumat verərək portuqaliyalı naziri ölkəmizdə təşkil olunacaq tədbirlərə dəvət edib.

Görüşdə Azərbaycan və Portuqaliya arasında mədəni əlaqələrin inkişafına dair anlaşma memorandumunun tərtib olunması və bu il ərzində imzalanması ilə bağlı razılığa gəlinib. Memorandum əsasında görüləcək tədbirlərə əsasən, fəaliyyət planının hazırlanması ilə bağlı danışıqlar aparılıb.

Son xəbərlər

Orphus sistemi