Azərbaycanın "Eurovision-2016" təmsilçisi Stokholmda "Sarı gəlin" xalq mahnısını ifa edib - VİDEO

Azərbaycanın "Eurovision-2016" təmsilçisi Stokholmda "Sarı gəlin" xalq mahnısını ifa edib - VİDEO "Mən hələ də xəstəyəm, amma indi özümü ilk məşqdəkindən daha yaxşı hiss edirəm"
Mədəniyyət siyasəti
7 May , 2016 10:40
Azərbaycanın Eurovision-2016 təmsilçisi Stokholmda Sarı gəlin xalq mahnısını ifa edib - VİDEO

Bakı. 7 may. REPORT.AZ/ "Mən ikinci məşqə səylə hazırlaşmışdım. Hələ də xəstəyəm, amma indi özümü ilk məşqdəkindən daha yaxşı hiss edirəm".

"Report" xəbər verir ki, bunu Azərbaycanı Stokholmda keçiriləcək "Eurovision-2016"da təmsil edəcək Səmra Rəhimli mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ikinci məşq zamanı əsas diqqət işıq və xoreoqrafiya ilə işə ayrılıb. Bundan əlavə, S.Rəhimli səhnə üçün 2 paltardan istifadə etməyə qərar verdiyini, seçimini isə azarkeşlər və jurnalistlərin daha çox bəyəndiyi model üzərində edəcəyini əlavə edib.

S.Rəhimli "The Voice" müsabiqəsinin Türkiyə variantı olan "O Ses Türkiye" yarışmasındakı iştirakından danışaraq, bu müsabiqənin və məşhur xanım türk pop-müğənni Hadisə ilə tanışlığın ona çox kömək etdiyini bildirib.

Mətbuat konfransının sonunda S.Rəhimli xarici jurnalistlər üçün Azərbaycan "Sarı gəlin" xalq mahnısını ifa edib.

Qeyd edək ki, Azərbaycan təmsilçisi mayın 10-də ilk yarımfinalda 14 nömrə altında çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi