Azərbaycanda yeni yaradılan regional mədəniyyət idarələrinə rəis təyinatları olub - SİYAHI

Azərbaycanda yeni yaradılan regional mədəniyyət idarələrinə rəis təyinatları olub - SİYAHI Bununla bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev əmr imzalayıb
Mədəniyyət siyasəti
25 Yanvar , 2017 18:01
Azərbaycanda yeni yaradılan regional mədəniyyət idarələrinə rəis təyinatları olub - SİYAHI

Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycanda yeni yaradılan regional mədəniyyət idarələrinə rəis təyinatları olub.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Nazirlikdən bildirilib ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmrlərinə əsasən, Vüqar Zeynalov Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin, Mehman Şükürov Sumqayıt Mədəniyyət və Turizm Baş İdarəsinin, Nazim Ağayev Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin, Elnur Hüseynov İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin, Mirvari Zeynalova Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin, Elman Məmmədov Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsinə təyin ediliblər.

Son xəbərlər

Orphus sistemi