Azərbaycanda inşaat işləri zamanı abidə aşkar edilərsə, işlər iki ay müdddətinə dayandırılacaq

Azərbaycanda inşaat işləri zamanı abidə aşkar edilərsə, işlər iki ay müdddətinə dayandırılacaq Layihə səsverməyə çıxarılaraq qəbul edilib
Mədəniyyət siyasəti
1 Fevral , 2017 16:28
Azərbaycanda inşaat işləri zamanı abidə aşkar edilərsə, işlər iki ay müdddətinə dayandırılacaq

Bakı. 1 fevral. REPORT.AZ/ Azərbaycanda inşaat işləri görülərkən abidə aşkar edilərsə, işlər dayandırılacaq və iki ay müdddətində tədqiqatlar aparılacaq.

"Report”un xəbərinə görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı layihə müzakirəyə çıxarııb.

Layihə barədə Komitə sədri Rafael Hüseynov məlumat verib.

Qanuna əsasən, inşaat və digər təsərrüfat işləri görülərkən abidə aşkar edilərsə, dərhal işlər dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanlarına və Azərbaycan Milli Elmlər Akademiyasına məlumat verilməlidir.

Dəyişiklik layihəsinə əsasən isə, müvafiq orqanlara məlumat verildikdən sonra həmin qurumlar və elmi təşkilatlar tərəfindən iki ay müdddətində bu qanunla nəzərdə tutulmuş tədqiqatlar aparılmalı və digər tədbirlər görülməlidir.

Dəyişikliyin məqsədi inşaat və təsərrüfat işləri görülərkən aşkar edilən abidələrin qorunması sahəsində mövcud olan qaydaları daha da təkmilləşdirməkdən ibarətdir.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi