Yuxarı

Azərbaycanda 1960-cı ildən etibarən yaradılan mədəniyyət məhsulları mədəni sərvətlərə aid edilməyəcək

“Mədəniyyət haqqında” qanuna dəyişiklik edilir

Bakı. 19 sentyabr. REPORT.AZ/ Azərbaycanda 1960-cı ildən etibarən yaradılan və mühafizə olunan mədəni sərvətlərin siyahısına daxil edilməyən mədəniyyət məhsulları (suvenirlər daxil olmaqla) mədəni sərvətlərə aid edilməyəcək.

“Report”un xəbərinə görə, bu, “Mədəniyyət haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Maddənin 30.2.6-cı maddəsinə əsasən, qədim nadir kolleksiyalar və 30 ildən çox tarixi olan muzey əhəmiyyətli əşyalar (o cümlədən mebel, musiqi alətləri və s.) mədəni sərvətlərə aid edilir.

Dəyişiklik layihəsinə əsasən isə qədim nadir kolleksiyalar və 1960-cı ildən əvvəlki dövrə aid tarixi olan muzey əhəmiyyətli əşyalar (o cümlədən mebel, musiqi alətləri və s.) mədəni sərvətlərə aid ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi