Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycan ilk dəfə olaraq Ümumdünya Gənclər Forumunda iştirak edəcək.
Bu barədə "Report"a Misirin Azərbaycandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzindən bildirilib.
Məlumata görə, Misirin Azərbaycandakı səfiri Adel İbrahim Azərbaycanı noyabrın 3-6-da Misirin Şarm Əl-Şeyx şəhərində keçiriləcək II Ümumdünya Gənclər Forumunda təmsil edəcək 13 gənclə görüşüb.
Qeyd edək ki, bu forum Misir Prezidenti Əbdül Fəttah əs-Sisinin himayəsi ilə keçirilir. Ümumilikdə, bu il foruma 5000 gənc qatılacaq.