Azərbaycan Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunun qonaq ölkəsi olacaq

Azərbaycan Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunun qonaq ölkəsi olacaq Olqa Qolodets: "Azərbaycan bütün sahələrdə mehriban tərəfdaşımızdır"
Mədəniyyət siyasəti
16 Noyabr , 2018 17:13

Bakı. 16 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev Rusiyanın mədəniyyət naziri Vladimir Medinskiy arasında ikitərəfli görüş keçirilib. 

Mədəniyyət Nazirliyindən "Report"a verilən məlumata görə, görüşdən sonra tərəflər Azərbaycanın 2020-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək VIII Beynəlxalq Mədəniyyət Forumunda “fəxri qonaq ölkə” statusunda təmsil olunması haqqında Birgə Bəyanat imzalayıblar. Qeyd edək ki, “fəxri qonaq ölkə” statusu forum müddətində müxtəlif tədbirlər keçirməklə Azərbaycan mədəniyyətinin təbliği üçün geniş imkanlar yaradır.

İmzalanma mərasimində iştirak edən Rusiya Baş nazirinin müavini Olqa Qolodets və Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, həmçinin hər iki ölkənin mədəniyyət nazirləri imzalanmadan sonra çıxış edərək ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əlaqələrin yüksək səviyyəli inkişafından məmnunluqlarını ifadə ediblər.

"Azərbaycan bütün sahələrdə mehriban tərəfdaşımızdır. Azərbaycan tərəfinin təşəbbüsü çox xoşumuza gəldi. 2020-ci ildə Azərbaycan Sankt-Peterburq Forumunun qonaq ölkəsi olacaq", - O.Qolodets deyib.

V.Medinsky əlavə edib ki, Rusiya zəngin mədəniyyəti və ənənələri ilə Azərbaycanı Forumda görməkdən məmnun olacaq.

Daha sonra nazir Əbülfəs Qarayev Sankt-Peterburq Musiqi Liseyinin direktoru Vitaliy Romanov ilə görüşüb.

Forumun ikinci günü nazir Ə.Qarayev “Kreativ mühit və urbanistika” mövzusunda plenar iclasda, Asif Xanın müasir arxitektur cərəyanlar mövzusunda mühazirəsində və digər sessiyaslarda iştirak edib.

Forum noyabrın 18-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi