Yuxarı

Azərbaycan Moskvada "Nar Bayramı"nı təşkil edəcək

Azərbaycan Moskvada "Nar Bayramı"nı təşkil edəcək
Moskvalılara və paytaxtın qonaqlarına nardan hazırlanmış içki və yeməklər təklif olunacaq
© Report

Bakı. 23 noyabr. REPORT.AZ/ Moskvanın Taqansk parkında noyabrın 25-də Azərbaycan diasporunun dəstəyi ilə "Nar Bayramı" keçiriləcək. 

"Report" xəbər verir ki, moskvalılara və paytaxtın qonaqlarına nardan hazırlanmış içki və yeməklər təklif olunacaq.

Bununla yanaşı, qonaqlar Azərbaycanın milli mətbəxi, mədəniyyəti, incəsənəti, maraqlı tarixi faktları, dövlət dili və ədəbiyyatı ilə tanış ola biləcəklər.

Tədbirdə həmçinin Azərbaycan kollektivlərinin və artistlərinin iştirakı ilə konsert baş tutacaq, uşaqlar  meydançada animatorlarla vaxt keçirəcəklər.

Günün əsas hadisəsi "Nar Kralının və Kraliçanın" seçilməsi olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi