Yuxarı

Nazir: “Arif Məlikovun heykəlinin ucaldılması ilə bağlı komissiya yaradılacaq”

​Arif Məlikovun heykəlinin ucaldılması ilə bağlı omissiya yaradılacaq

“SSRİ Xalq artisti Arif Məlikovun heykəlinin ucaldılması ilə bağlı komissiya yaradılacaq”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

O bildirib ki, bununla bağlı Prezident İlham Əliyevin xüsusi tapşırığı var: “Həmin komissiya heykəlin harada qoyulması, hansı üslubda olmasını müəyyənləşdirəcək. Heykəlin qoyulması bir günün işi deyil, buna zaman lazımdır. Həm heykəltəraşlar, həm də memarlarla aparılan müzakirələrdən sonra komissiya tərəfindən iş yekunlaşdırılacaq və rəhbərliyə təqdim olunacaq”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi