Yuxarı
    Bağlamaq

    Ancelina Coli siyasətə qoşula bilər

    Bakı. 28 dekabr. REPORT.AZ/ Hollivud aktrisası Ancelina Coli müsahibəsində gələcəkdə kinodan siyasətə keçmək ehtimalını nəzərdən keçirdiyini açıqlayıb.

    "Report" xəbər verir ki, bu barədə BBC məlumat verir.

    Aktrisa ABŞ-dakı siyasi vəziyyəti, sosial şəbəkələri, cinsi zorakılıqları və qlobal qaçqın böhranı ilə bağlı vəziyyəti müzakirə edib.

    Ondan partiyadan prezidentliyə namizədlər siyahısında görünməsinin mümkünlüyü barədə soruşulduqda aktrisa birmənalı cavabdan yayınaraq "təşəkkür edirəm" deyib.

    "20 il əvvəl məndən siyasətə qoşulmağımla bağlı soruşsaydılar, gülərdim. Həmişə deyirəm ki, mənə ehtiyac duyulan sahələrdə olacağam. Amma siyasətə lazımam mı?.. Hərçənd hökumətlərlə, hərbçilərlə işləyə bilirəm. Ümumiyyətlə, çox şey etmək istəyirəm", - A.Coli deyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi