"ADA"da Meksika və Latin Amerikası musiqisinə həsr olunan konsert keçirilib

"ADA"da Meksika və Latin Amerikası musiqisinə həsr olunan konsert keçirilib Tədbir Meksika səfirliyin yeni fəaliyyətə başlanması ilə əlaqədar təşkil olunub
Mədəniyyət siyasəti
30 İyun , 2015 12:18
ADAda Meksika və Latin Amerikası musiqisinə həsr olunan konsert keçirilib

Bakı. 30 iyun. REPORT.AZ/ "ADA" Universitetində Meksika və Latin Amerika musiqisinə həsr olunan konsert təşkil olunub.

Meksikanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, konsert səfirliyin fəaliyyətə başlanması ilə əlaqədar təşkil olunub.

Konsertdə "Mariaçi" Moskva musiqi grupunun ansamblı çıxış edib. Mərasimdə "ADA" Universitetin tələbələri və rəhbərliyi, Azərbaycanda akkreditə olunmuş səfirliklərin nümayəndələri iştirak ediblər.

Konsertə giriş pulsuz idi.

Son xəbərlər

Orphus sistemi