Yuxarı

"ADA"da Meksika və Latin Amerikası musiqisinə həsr olunan konsert keçirilib

Tədbir Meksika səfirliyin yeni fəaliyyətə başlanması ilə əlaqədar təşkil olunub

Bakı. 30 iyun. REPORT.AZ/ "ADA" Universitetində Meksika və Latin Amerika musiqisinə həsr olunan konsert təşkil olunub.

Meksikanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, konsert səfirliyin fəaliyyətə başlanması ilə əlaqədar təşkil olunub.

Konsertdə "Mariaçi" Moskva musiqi grupunun ansamblı çıxış edib. Mərasimdə "ADA" Universitetin tələbələri və rəhbərliyi, Azərbaycanda akkreditə olunmuş səfirliklərin nümayəndələri iştirak ediblər.

Konsertə giriş pulsuz idi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi