Yuxarı
    Bağlamaq

    Yusif və Vaqif Səmədoğluna aid fotosənədlər Kino-Foto Sənədləri arxivinə təhvil verilib

    Hazırda hər bir sənəd haqqında qısa müfəssəl məlumat hazırlanır

    Bakı. 14 aprel. REPORT.AZ/ Xalq yazıçısı Yusif Səmədoğlu və xalq şairi Vaqif Səmədoğluna aid 450 saxlama vahidi foto sənəd Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.

    Bu barədə "Report" Milli Arxiv İdarəsinin mətbuat xidmətindən bildirilib.

    Məlumata görə, ədiblərin ailə üzvləri tərəfindən verilən sənədlər onların həyat və yaradıcılıq fəaliyyətinin müxtəlif mərhələlərini özündə ehtiva edir. Hazırda sözügedən foto sənədlər Milli Arxiv Fonduna daxil edilmək üçün sənədləşdirilir. Hər bir sənəd haqqında qısa müfəssəl məlumat hazırlanır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi