Yusif Eyvazov erməni soprano ilə eyni səhnəyə çıxmaqdan imtina edib

Yusif Eyvazov erməni soprano ilə eyni səhnəyə çıxmaqdan imtina edib Azərbaycanın Xalq artisti, tenor Yusif Eyvazov erməni soprano Ruzan Mantaşyanla eyni səhnəyə çıxmaqdan imtina edib.
Mədəniyyət siyasəti
14 Yanvar , 2020 06:15
Yusif Eyvazov erməni soprano ilə eyni səhnəyə çıxmaqdan imtina edib

Azərbaycanın Xalq artisti, tenor Yusif Eyvazov erməni soprano Ruzan Mantaşyanla eyni səhnəyə çıxmaqdan imtina edib.

“Report” xəbər verir ki, bu barədə Forumopera.com saytı məlumat yayıb.

Bildirilib ki, Y. Eyvazov fevralın 7-də erməni sənətçi Ruzan Mantaşyanla Drezden Opera Ballında birlikdə səhnəyə çıxmalı idi. Lakin, həmyerlimiz erməni əsilli soprano ilə eyni səhnəyə çıxmaq istəməyib:

“Tədbir fevralın 7-də baş tutacaqdı. Amma erməni müğənni orada iştirak etməyəcək. Tenor qazandı və sopranonun tərk edilməsi istənilib”- məqalə müəllifi Loran Byuri yazıb. 

Son xəbərlər

Orphus sistemi