YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının yeni tərkibi təsdiqlənib - SİYAHI

YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının yeni tərkibi təsdiqlənib - SİYAHI Prezident İlham Əliyev sərəncam imzalayıb
Mədəniyyət siyasəti
10 Mart , 2015 18:58
YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının yeni tərkibi təsdiqlənib - SİYAHI

Bakı. 10 mart. REPORT.AZ/ Prezident İlham Əliyev “YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

"Report"un məlumatına görə, dövlət başçısı qərara alıb ki, “YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 9, maddə 826; 2006,№ 9, maddə 743; 2014,№ 9, maddə 1027) 3-cü hissəsi aşağıdakı redaksiyada verilsin.

“3. YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının aşağıdakı tərkibi müəyyən edilsin: 

Komissiyanın sədri

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov

Komissiya sədrinin müavinləri

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə

Təhsil naziri Mikayıl Cabbarov

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov

Komissiyanın üzvləri

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri Kamal Abdullayev

Prezident Administrasiyası rəhbərinin müavini, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov

Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov

Gənclər və idman naziri Azad Rəhimov

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) baş direktoru Aslan Aslanov

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov

Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev

Azərbaycan Kitab Cəmiyyətinin sədri” Zərifə Salahova.

Son xəbərlər

Orphus sistemi