Yuxarı
    Bağlamaq

    Yunanıstanın Krit əyalətində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

    Tamaşaçılara Azərbaycan teatrlarının səhnə əsərləri, muğam, Azərbaycan xalq rəqsləri təqdim ediləcək

    Bakı. 31 may. REPORT.AZ/ Yunanıstanın Krit əyalətində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

    Azərbaycanın Yunanıstandakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Krit əyalətinin dəstəyi ilə səfirlik tərəfindən təşkil ediləcək.

    1-4 iyun tarixlərində Kritin müxtəlif şəhərlərində keçiriləcək tədbirlər çərçivəsində tamaşaçılara Azərbaycan teatrlarının səhnə əsərləri, muğam, Azərbaycan xalq rəqsləri təqdim ediləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi