Xronika: Güney və Qərbi Azərbaycanın aşıq sənəti

Xronika: Güney və Qərbi Azərbaycanın aşıq sənəti Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.
Mədəniyyət siyasəti
1 İyun , 2024 23:36
Xronika: Güney və Qərbi Azərbaycanın aşıq sənəti

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.

"Report" xəbər verir ki, ozan sənətinə həsr olunan bugünkü buraxılışda 1990-cı ildə Təbrizdə yaradılmış və aşıq musiqisini yeni üslubda dünyanın bir çox ölkələrində təbliğ etmiş “Dalğa” musiqi qrupunun fəaliyyətindən, Təbriz və Göyçə aşıq məktəbindən söz açılır.

Məşhur “Dalğa” qrupunun rəhbəri, Göyçə aşıq məktəbinin davamçılarından olan, əvəzsiz sənətkar Çingiz Mehdipur Göyçə mahalının Azərbaycan aşıq sənətinin beşiyi sayıldığını bildirib. O, Təbrizdə Göyçə aşıq məktəbinin davamçıları və təəssübkeşlərinin çox olduğunu, onların misilsiz bədii-estetik ustalıqları ilə ozan-aşıq sənətinin minillik ənənələrinin yaşadıldığını söyləyib.

Süjetdə o taylı bu taylı aşıq sənətimiz Güney Azərbaycanda aşıq yaradıcılığından, Dədə Ələsgərin böyük irsi, aşıq sənəti Güney Azərbaycanın hər yerində yayılmasından söz açılır.

Onun sözlərinə görə, aşıq havalarını sayı 1 200-dən çoxdur. Açıq sənətinin unudulmuş incilərini yaşadan Göyçə aşıq mühiti Güney Azərbaycan aşıq sənətinə böyük təsiri olub. Qərbi Azərbaycan aşıq yaradıcılığı Təbrizdə bu gündə yaşadılır. Hamımız aşıq sənətinin yaşadılması üçün çalışmalıyıq.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş iyunun 1-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

Son xəbərlər

Orphus sistemi