“Xarıbülbül” festivalının qonaqları “Heydər Əliyev və Qarabağ” sərgisində iştirak edib

“Xarıbülbül” festivalının qonaqları “Heydər Əliyev və Qarabağ” sərgisində iştirak edib Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edildikdən sonra bu gün açılışı olan Yaradıcılıq Mərkəzinin ekspozisiya salonunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Heydər Əliyev və Qarabağ” sərgisi açılıb.
Mədəniyyət siyasəti
10 May , 2023 16:55
“Xarıbülbül” festivalının qonaqları “Heydər Əliyev və Qarabağ” sərgisində iştirak edib

Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edildikdən sonra bu gün açılışı olan Yaradıcılıq Mərkəzinin ekspozisiya salonunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Heydər Əliyev və Qarabağ” sərgisi açılıb.

"Report" xəbər verir ki, sərgidə Ulu Öndərin ardıcıl, məqsədyönlü siyasəti nəticəsində Qarabağda sosial, iqtisadi, siyasi və mədəni inkişaf istiqamətindəki xidmətlərini əks etdirən unikal fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur.

Həmçinin sərgidə Ümummilli Liderin vaxtı ilə Qarabağa səfərləri, burada keçirdiyi görüşlər, müxtəlif tədbirlərə aid fotolar da yer alır.

Son xəbərlər

Orphus sistemi