Xalq rəssamı Tahir Salahova Heydər Əliyev Mükafatı verildi

Xalq rəssamı Tahir Salahova Heydər Əliyev Mükafatı verildi Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb
Mədəniyyət siyasəti
10 May , 2015 20:33
Xalq rəssamı Tahir Salahova Heydər Əliyev Mükafatı verildi

Bakı. 10 May. REPORT.AZ/ Xalq rəssamı Tahir Salahov Heydər Əliyev Mükafatına layiq görülüb.

"Report" xəbər verir ki, prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə və dünya təsviri sənət xəzinəsinə layiqli töhfələrinə görə Tahir Teymur oğlu Salahova Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı verilsin".

Son xəbərlər

Orphus sistemi