Xalq rəssamı Fazil Nəcəfov dəfn olunub

Xalq rəssamı Fazil Nəcəfov dəfn olunub Azərbaycanın Xalq rəssamı Fazil Nəcəfov dəfn olunub.
Mədəniyyət siyasəti
12 İyul , 2023 16:44
Xalq rəssamı Fazil Nəcəfov dəfn olunub

Azərbaycanın Xalq rəssamı Fazil Nəcəfov dəfn olunub.

"Report" xəbər verir ki, mərhum Buzovna qəbrisitanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Mədəniyyət Nazirliyinin nümayəndələri, rəssamın ailə üzvləri, yaxınlar, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

F.Nəcəfov iyulun 11-də dünyasını dəyişib.

Qeyd edək ki, Fazil İmamverdi oğlu Nəcəfov 1935-ci il fevralın 16-da Bakı şəhərində anadan olub.

1955-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1961-ci ildə V. İ. Surikov adına Moskva Ali Rəssamlıq İnstitutunu bitirib.

Fazil Nəcəfov "İçərişəhər qadınları", "Ana", "Korların nəğməsi", "Teatr", "H.B.Vəzirov", "Səhər", "Həyatın mərtəbələri", "Zamanın oyunları", "Fortuna", "Qulyabani", "Qoca", "Qız", "Gənc qadın", "Çılpaq qadın", "Qadın", "Oturmuş qadın", "Qara ay", "Korlar", "Mələk", "Həyatın mərtəbələri", "Zamanın sədası", "Söhbət", "İstirahət edən qoca", "Minillik insan", "İbadət", "Əkizlər", "Fontan" kimi əsərlərin müəllifidir.

2014-cü ildə F.Nəcəfov Bakının mərkəzində quraşdırılmış görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin abidəsini yaradıb.

O, 2015-ci ildə Heydər Əliyev Fondunun və IDEA-nın (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) dəstəyi ilə 56-cı Venesiya Biennalesində 8 əsəri ilə iştirak edib.

F.Nəcəfov 7 may 1988-ci ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi", 30 may 2002-ci ildə "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adlarına layiq görülüb. Rəssam 15 fevral 2020-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi