Birinci vitse-prezident Rafael Dadaşovun müalicəsini öz üzərinə götürüb, Xalq artisti təşəkkür edib

Birinci vitse-prezident Rafael Dadaşovun müalicəsini öz üzərinə götürüb, Xalq artisti təşəkkür edib Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rafael Dadaşovun müalicəsini öz üzərinə götürüb.
Mədəniyyət siyasəti
235
25 Dekabr , 2019 16:50
Birinci vitse-prezident Rafael Dadaşovun müalicəsini öz üzərinə götürüb, Xalq artisti təşəkkür edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rafael Dadaşovun müalicəsini öz üzərinə götürüb.

"Report" xəbər verir ki, R.Dadaşov "Bona Dea International Hospitalı"na yerləşdirilib və hazırda müalicəsi orada davam etdirilir.

Xalq artisti sosial şəbəkədə açıqlama yayaraq artıq səhhətində müsbət dəyişikliklərin olduğunu bildirib. O, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkür edib:

"Artıq səhhətimdə dəyişikliklər hiss edirəm. Hətta deyərdim ki, radikal dəyişikliklər olub. Bugünkü gündə mənə qayğı göstərən Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya çox böyük təşəkkürümü bildirirəm. Çünki məni diqqətsiz qoymadılar. Lazım olan halda, lazımi tapşırıqlar verdilər. Çox sağ olsunlar, minnətdaram".

Son xəbərlər

Orphus sistemi