Xalq artisti özəl teatrların yaradılmasını təklif edib

Xalq artisti özəl teatrların yaradılmasını təklif edib "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirən istedadlı tələbələrin bir hissəsi 3-4 ildən sonra taksi fəaliyyəti ilə məşğul olurlar".
Mədəniyyət siyasəti
12 Aprel , 2023 12:23
Xalq artisti özəl teatrların yaradılmasını təklif edib

"Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirən istedadlı tələbələrin bir hissəsi 3-4 ildən sonra taksi fəaliyyəti ilə məşğul olurlar".

"Report" xəbər verir ki, bunu "M-Teatr"ının rəhbəri, Xalq artisti Vidadi Həsənov "Azərbaycan teatrı – 150: inkişaf perspektivləri" mövzusunda keçirilən Teatr Forumunda deyib.

O bildirib ki, həmin şəxslərin özlərini realizə etmələrinə imkan yaradılmır: "Bunun üçün özəl teatrlar olmalıdır. Qərarlarda, qanunlarda dəyişikliklər lazımdır. Teatrların formatı dəyişilməlidir. Bunun üçün də özəl teatrlara üstünlük verilməlidir".

Xalq artisti vurğulayıb ki, hansı sahədə özəl fəaliyyət varsa, orada inkişaf var: "Çünki rəqabət olmayan yerdə inkişaf da ola bilməz. Buna görə yeni özəl teatrlar yaranmalıdır. Bakıda 17 müstəqil teatr fəaliyyət göstərir. Onlardan cəmi ikisinin binası var. Qalanları orda-burda tamaşalar hazırlayıb, göstərirlər".

"Özəl teatrlar regionlara səfəri zamanı "divarlarla" qarşılaşır. Nazirlikdən xahiş edirik, bizə bir kağız versinlər ki, biz o "divarları" aşa bilək", - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi