Xalq artisti Arif Məlikovun qəbirüstü abidəsi - VİDEO

Xalq artisti Arif Məlikovun qəbirüstü abidəsi - VİDEO Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, akademik Arif Məlikovun I Fəxri xiyabanda qəbirüstü abidəsi ucaldılıb. Layihənin müəllifi tanınmış heykəltəraş, Xalq rəssamı Ömər Eldarovdur.
Mədəniyyət siyasəti
3 İyun , 2020 15:51
Xalq artisti Arif Məlikovun qəbirüstü abidəsi - VİDEO
Xalq artisti Arif Məlikovun qəbirüstü abidəsi / Report/Elchin Murad

Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, akademik Arif Məlikovun I Fəxri xiyabanda qəbirüstü abidəsi ucaldılıb. Layihənin müəllifi tanınmış heykəltəraş, Xalq rəssamı Ömər Eldarovdur. 

Ö.Eldarov "Report"a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin sənətkarın xatirəsinin əbədiləşdirilməsi məqsədilə imzaladığı 17 may 2019-cu il tarixli sərəncamından sonra abidənin hazırlanması işlərinə başlanılıb: “Abidə cari il mayın əvvəlinə artıq hazır idi. Amma mayın 9-u, ildönümü günü açılışını etdik. Təbii ki, karantinə görə açılış mərasimi məhdud iştirakçıların sayı ilə baş tutdu. Yalnız bir neçə nəfər ailə üzvü və Mədəniyyət Nazirliyinin nümayəndəsi ilə məzarını ziyarət etdik”.

Qeyd edək ki, Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhərində anadan olub. O, 1960-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirib. Həmin ildən orada dərs deməyə başlayıb. 2016-cı ildə Arif Məlikovun 28 cilddən ibarət "Not əsərlərinin tam külliyyatı" çap olunub. O, 1986-cı ildə SSRİ xalq artisti adına layiq görülüb. 1998-ci ildə "İstiqlal", 2013-cü ildə "Heydər Əliyev" ordeni, 2018-ci ildə isə "Şöhrət" orden ilə təltif olunub. O, 1965-ci ildə Əməkdar incəsənət xadimi, 1978-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi