Xalq artisti 80 illik yubleyini reanimasiyada qarşılayıb

Xalq artisti 80 illik yubleyini reanimasiyada qarşılayıb Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev xəstəxanaya yerləşdirilib.
Mədəniyyət siyasəti
18 Yanvar , 2021 15:46
Xalq artisti 80 illik yubleyini reanimasiyada qarşılayıb
Eldar Quliyev

Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev infarkt keçirib.

Bu barədə “Report”a Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, E.Quliyev ötən gün xəstəxanaya yerləşdirilib: “Bu gün həm də Xalq artistinin 80 illik yubleyidir. Təəssüf ki, Eldar Quliyevin xəstələnməsi belə bir günlə üst-üstə düşüb. O, öncə özəl klinikalardan birinə yerləşdirilib, sonra Respublika Müalicəvi Diaqnostika Mərkəzinin Kardiologiya şöbəsinə köçürülüb. Hazırda reanimasiyadadır, insanları tanımaqda çətinlik çəkir".

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin sədri Şəfiqə Məmmədova tərəfindən E.Quliyevə yubley münasibəti ilə 2 000 manat mükafat təyin edilib.

“Təəssüf ki, vəziyyəti ilə bağlı mükafatı hələlik Eldar Quliyevin özünə təqdim edə bilmirik. İnşallah, heç nə olmaz, özünə çatdırarıq”, - ittifaqdan bildirilib.

Son xəbərlər

Orphus sistemi