Volqoqradda Azərbaycan mədəniyyətinə həsr olunmuş sərgi keçirilir

Volqoqradda Azərbaycan mədəniyyətinə həsr olunmuş sərgi keçirilir Sərgi dekabrın 1-dək davam edəcək
Mədəniyyət siyasəti
2 Noyabr , 2016 15:51
Volqoqradda Azərbaycan mədəniyyətinə həsr olunmuş sərgi keçirilir

Bakı. 2 noyabr. REPORT.AZ/ Volqoqradda "Mənim Azərbaycanım" adlı sərgi keçirilir.

"Report" "Volqoqradskaya pravda"ya istinadən xəbər verir ki, sərgi Azərbaycan mədəniyyətinə həsr olunub.

Sərgi şəhər sakinlərini Azərbaycanın rəssam və dekorativ-tətbiqi sənət ustalarının yaradıcılığı, milli geyimləri və xalçaları ilə tanış edəcək.

Tədbir "Rusiya xalqlarının konsolidasiyası amili kimi milli mədəniyyətlərin qarşılıqlı əlaqəsi" layihəsi çərçivəsində Volqoqradın Krasnoarmeyskiy rayonunun muzey-sərgi mərkəzinin binasında keçirilir. Sərgi dekabrın 1-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi