Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən "Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsi"nin qaliblərinin təltifetmə marəsimi keçirilib.
"Report" xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Mədəniyyət Naziri Anar Kərimov, ictimaiyyət nümayəndləri iştirak edib.
Tədbridə çıxış edən Anar Kərimov müsabiqənin əhəmiyyətindən, İkinci Qarabağ müharibəsində iştirak edən Azərbaycan ordusunun şücaətindən, Prezidenti İlham Əliyevin müharibə dövründəki çıxışlarından danışıb.
Tədbridə iştirak edən "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid Mədəniyyət paytaxtı olan Şuşadan, Şuşada keçirilən "Xarıbülbül" festivaləndan danışıb. O, esselərdə, ədəbiyyat nümunələrindən artıq kədərin, nisgilin deyil, nikbin notların olduğunu bildirib.
Qeyd edək ki, tədbirdə yazılan esselər qiraətçilər tərəfindən səsləndirilib.
Sonda isə müsabiqənin qaliblərinə mükafatlar təqdim olunub.