V Beynəlxalq Bakı Teatr Konfransının bağlanış mərasimi keçirilib

V Beynəlxalq Bakı Teatr Konfransının bağlanış mərasimi keçirilib Bakı. 6 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrında V Beynəlxalq Bakı Teatr Konfransının bağlanış mərasimi keçirilib.
Mədəniyyət siyasəti
6 Noyabr , 2018 17:34
V Beynəlxalq Bakı Teatr Konfransının bağlanış mərasimi keçirilib
0 : 00
0 : 00

Bakı. 6 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrında V Beynəlxalq Bakı Teatr Konfransının bağlanış mərasimi keçirilib.

"Report" xəbər verir ki, əvvəlcə plenar iclasda konfransın iştirakçısı olan ölkələrdən məruzəçilər çıxış ediblər.

Bundan sonra Bakı Teatr Konfransının icraçı katibi Şaiq Səfərov bütün təşkilatçılara təşəkkürünü bildirərək konfransı bağlı elan edib. O, beynəlxalq təşkilatlara, həmçinin iştirakçılara tədbirə verdiyi töhfələrə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, konfransda dünyanın tanınmış rejissor və prodüserləri, teatr xadimləri və aparıcı teatrşünasları XXI əsrdə dünya teatr prosesində baş verən məsələlər barədə fikir mübadiləsi aparacaqlar. Qloballaşan dünyada, internet məkanında teatr özünü necə yaşatmalıdır, hansı yenilikləri etməlidir kimi suallara bu konfransda cavab axtarılacaq. Konfransın açılışı ilk dəfə olaraq Mədəniyyət Nazirliyinin "facebook" səhifəsindən canlı yayımlanıb.

Son xəbərlər

Orphus sistemi