Üzeyir Hacıbəyovun əsərləri ABŞ-da səsləndirilib  

Üzeyir Hacıbəyovun əsərləri ABŞ-da səsləndirilib   Vaşinqton Beynəlxalq Piano İncəsənəti Şurası (“Washington International Piano Arts Council” - WİPAC) və Sönməz Məşəl Mədəni Əlaqələr İctimai Birliyinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin d
Mədəniyyət siyasəti
685
26 Sentyabr , 2020 06:09
Üzeyir Hacıbəyovun əsərləri ABŞ-da səsləndirilib  

Vaşinqton Beynəlxalq Piano İncəsənəti Şurası (“Washington International Piano Arts Council” - WİPAC) və Sönməz Məşəl Mədəni Əlaqələr İctimai Birliyinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin dəstəyi ilə bəstəkar, milli operanın banisi Üzeyir Hacıbəyovun anadan olmasının 135-ci ildönümü münasibətilə tədbir keçirilib.

"Report" xəbər verir ki, WİPAC-in İdarə Heyətinin üzvü və təsisçisi Şato Qardeki tədbiri açıq elan edərək dahi bəstəkar Üzeyir Hacıbəyovun həyat və yaradıcılığı haqqında məlumat verib, onun eləcə də Azərbaycan Respublikasının Dövlət himnin müəlliflərindən biri olduğunu qeyd edib.

Sonra səfirliyin müşaviri Orxan Zeynalov Azərbaycanın Qarabağ bölgəsində doğulmuş tanınmış bəstəkar Ü.Hacıbəyova həsr olunmuş belə bir tədbirin ABŞ-da keçirilməsinin əhəmiyyətindən, iki ölkə arasında mədəni əlaqələrin inkişafına böyük töhfə verməsindən bəhs edib və WİPAC-in rolunu mədəni diplomatiyanın inkişafında xüsusi rolunu vurğulayıb.

Tədbirdə Marina Şinko (soprano) və Frenk Konlonun (pianoçu) ifasında dahi bəstəkar Üzeyir Hacıbəyovun Nizami Gəncəvinin şeirinə bəstələnmiş “Sevgili canan” əsəri və “Koroğlu” operasından uvertura səsləndirilib. Tədbirdə həmçinin tanınmış dünya bəstəkarlarının ifaları səsləndirilib.

Qeyd edək ki, Vaşinqton Beynəlxalq Piano İncəsənəti Şurası Azərbaycan Dillər Universiteti və Sönməz Məşəl Mədəni Əlaqələr İctimai Birliyi ilə 2017-ci ildən əməkdaşlıq edir. Eyni zamanda 2019-cu ildə Vaşinqton şəhərində WİPAC-in təşkilatçılığı ilə şair İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş tədbir keçirilib və Nəsiminin “Sığmazam” fəlsəfi qəzəlinə amerikalı bəstəkar Andreü Celentano musiqi bəstələyib.

Son xəbərlər

Orphus sistemi