Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının yekun tədbiri keçirilib

Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının yekun tədbiri keçirilib Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin "Traviata" operasının tamaşası keçirilib.
Mədəniyyət siyasəti
120
24 Sentyabr , 2021 21:03
Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının yekun tədbiri keçirilib

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin "Traviata" operasının tamaşası keçirilib.

"Report" xəbər verir ki, Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının son tədbirində mədəniyyət naziri Anar Kərimov da iştirak edib.

Tamaşada əsas partiyaları Polşalı müğənni, Vokalçıların beynəlxalq müsabiqələrinin laureatı İvona Sobotka (Violetta) və Xalq artisti Samir Cəfərov (Alfred) ifa ediblər. Həmçinin Xalq artistləri Əli Əsgərov (Markiz), Əkrəm Poladov (Doktor), Əməkdar artistlər Cahangir Qurbanov (Jermon), Səbinə Vahabzadə (Flora), Tural Ağasıyev (Qaston), gənc solistlər Nina Makarova (Anina) və Mahir Tağızadə (Baron) çıxış ediblər.

Opera tamaşasını Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edib.

Qeyd edək ki, tamaşaçılar teatra dəvətnamə ilə gəlib, Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla mübarizəyə qarşı müəyyən etdiyi qaydalara uyğun olaraq zala buraxılıb və əyləşdirilib.

Son xəbərlər

Orphus sistemi