Ümumdünya Turizm Təşkilatı Azərbaycanın təklif etdiyi qətnamə ilə bağlı qərar qəbul edib

Ümumdünya Turizm Təşkilatı Azərbaycanın təklif etdiyi qətnamə ilə bağlı qərar qəbul edib Qərarda deyilir ki, bütün turizm fəaliyyətləri Turizm üzrə Qlobal Etika Kodeksinə uyğun həyata keçirilməlidir
Mədəniyyət siyasəti
29 May , 2015 19:17
Ümumdünya Turizm Təşkilatı Azərbaycanın təklif etdiyi qətnamə ilə bağlı qərar qəbul edib

Bakı. 29 may. REPORT.AZ/ Ümumdünya Turizm Təşkilatı İcraiyyə Şurasının bu il mayın 28-29-də Xorvatiyanın Rovinj şəhərində keçirilən 100-cü sessiyasında Azərbaycanın təklif etdiyi qətnamə ilə bağlı qərar qəbul olunub. Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəsinin təqdim etdiyi sənədin mahiyyətini və əhəmiyyətini Şuranın üzv ölkələri üçün açıqlayaraq bildirib ki, bu sənəd beynəlxalq hüquqa və ölkələrin suveren hüquqlarının qorunmasına, həmçinin Ümumdünya Turizm Təşkilatının qəbul etdiyi Qlobal Turizm Etik Kodeksinin prinsiplərinə əsaslanır.

Məsələ ətrafında geniş müzakirələr aparılıb və nəticədə Şura üzvlərinin dəstəyi ilə ölkəmizin təqdim etdiyi qərar mətni qəbul edilib. Qərarda deyilir ki, bütün turizm fəaliyyətləri Turizm üzrə Qlobal Etika Kodeksinə, həmçinin BMT-nin Baş Assambleyasının və Təhlükəsizlik Şurasının müvafiq etika prinsiplərinə uyğun həyata keçirilməlidir.

Münaqişə zonalarının turizm məqsədilə təbliğinin və turizmin qanunsuz qarşısının alınması üçün beynəlxalq sənədin qəbul edilməsi ilə Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərinin, Dağlıq Qarabağ regionunun beynəlxalq turizm sərgilərində və digər tədbirlərdə təbliğinin qarşısının alınması üçün çox mühüm beynəlxalq rıçaq əldə olunub.

Qeyd edək ki, Azərbaycan BMT-nin Ümumdünya Turizm Təşkilatının 2014-cü ilin oktyabrında Səmərqənddə keçirilən 99-cu iclasına "Münaqişə zonalarının turizm sahəsində qanunsuz təbliğinin qarşısının alınması" məqsədilə qətnamə layihəsi təqdim edib. Dünya Turizm Etika Komitəsi tərəfindən məsələyə keçən ilin noyabr ayında Romada keçirilən iclasda baxılıb. Yığıncaqda İcraiyyə Şurasına hökumətləri, turizm sahəsində özəl və dövlət təşkilatlarıni Turizm üzrə Qlobal Etika Kodeksinə, həmçinin BMT-nin Baş Assambleyası və Təhlükəsizlik Şurasının bütün etika prinsiplərinə hərbi münaqişələr daxil olmaqla bütün hallarda riayət edilməsinə təşviqi üçün tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi