Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq gedir

Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq gedir Nazir görüşdə bu barədə məlumat verib
Mədəniyyət siyasəti
11 Fevral , 2015 10:45
Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq gedir

Bakı.11 fevral. REPORT.AZ/ Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev BMT-nin İnkişaf Proqramının (UNDP) rezident əlaqələndiricisi Antonius Broeklə görüşüb.

"Report" xəbər verir ki, görüşdə UNDP-nin Azərbaycanda həyata keçirildiyi layihələr barədə məlumat verilib.

Antonius Broek Əbülfəs Qarayevin yanvarda baş tutmuş Nyu York səfəri çərçivəsində keçirilən tədbirlər, xüsusilə BMT rəsmiləri ilə görüşlərin beynəlxalq ictimayiətdə böyük rezonans doğurduğunu diqqətə çatdırıb.
Ə.Qarayev bildirib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna BMT-nin üç əsas ixtisaslaşmış qurumu YUNESKO, Sivilizasiyalar Alyansı və Dünya Turizm Təşkilatının cəlb olunması Azərbaycanın bu qurum ilə dərin və çoxşaxəli əməkdaşlığının bariz nümunəsidir.
O bildirib ki, UNDP çərçivəsində Azərbaycan ilə turizm sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur, bütün təkliflər Azərbaycan qanunvericiliyinə uyğunlaşdırıldıqdan sonra onların həyata keçirilmə mexanizmləri ətraflı nəzərdən keçirilə bilər.

Görüşdə qeyd edilib ki, bu təkliflər mayın 18-19-da Bakıda keçiriləcək 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Mədəniyyət və davamlı inkişaf 2015 gündəliyi" ilə əlaqələndirilə bilər.

Son xəbərlər

Orphus sistemi