Bu il oktyabrın 31-də İtaliyada Ümumdünya Təsviri İncəsənət Sərgisi keçiriləcək.
“Report”un Şərqi Avropa bürosunun verdiyi məlumata görə, Florenasiyada baş tutacaq tədbirdə 78 ölkədən rəssamların əsərləri nümayiş olunacaq.
Ukraynalı tanınmış rəssam İrina Benderovskaya isə beynəlxalq sərgiyə “Azərbaycan xalçaları” adlı əsərləri ilə qatılacaq.
O, "Report"un yerli bürosuna açıqlamasında bildirib ki, sərgi Avropa Parlamentinin, UNESKO-nun və İtaliya Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir: “Bu sərgidə “Azərbaycan xalçaları” adlı əl işlərimlə iştirak edəcəyəm. Bundan çox məmnunam. Bununla bağlı Azərbaycan xalçalarının müxtəlif naxışlı variantları üzərində əsərlər işləmişəm. Əsərlər Azərbaycanın mədəni və milli irsinin orijinal elementlərini özündə əks etdirir”.
İ.Benderovskaya hazırda Polşada yaşayır və indiyədək müxtəlif beynəlxalq sərgilərdə əsərləri ilə çıxış edib.